olmasından şübhələnirsinizsə həkim-endokrinoloqa müraciət edin.
10. Klimaksın (menopauzanın) yaxınlaşması
Əksər qadınlarda menopauza 45-55 yaş arasında başlayır. Menopauzadan aybaşıların bir il və ya daha artıq müddətdə olmadığı halda danışmaq olar. Lakin klimaks demək olar ki, heç vaxt qəfildən baş vermir. Menopauzanın inkişafına hələ bir neçə il qalmış qadınlarda menstrual tsikl pozuntuları və aybaşıların tez-tez gecikməsi müşahidə oluna bilər. Klimaksın yaxınlaşmasının başqa simptomları: istiliyin gəlməsi, gecələr tərləmə, qəfil əhval dəyişiklikləri, yuxusuzluq, uşaqlıq yolunda quruluq hissi və s.