Hardan və necə başlayım heç özüm də bilmirəm.
İnsanın həyatından keçənləri yazmaq elə də asan
bir şey deyil. Hələki, yaşadığın illərin hamısı
günahlarla, peşmançılıqla bir-birini izləmişsə…
Dillə danışmağa yetməz bu sözlər. Məhz buna
görə də yazmağa qərar verdim.Bu otaq, masanın
üzərində közərən çıraq, əlimdə tutduğum bu
qələm ancaq mənim peşmançılığıma son verə
bilər. Mənim adım Nəsirdir. Ancaq hər kəs mənə
rəis deyir. Çünki bu mənim işimlə bağlıdır. Artıq
qırx üç yaşım var və mən həy