12 yaşıma qədər çox nadinc olmuşam,nənəmgilə gedəndə qırmadığım,sındırmadığım şey qalmırdı. Balaca bibim nənəmlə qalırdı,məndən cəmisi 5 yaş böyükdü. Onun lap zəhləsi gedirdi məndən,mən də həmişə hirsləndirirdim “şahzadə Budur” deyə saçlarından dartıb qaçırdım. O da mənim dalımca söyə-söyə qaçırdı,tutaşırdıq. “Ələddinin lampası” kinosundakı şahzadə Budura oxşayırdı,onun kimi də şıltaq,ərköyündü. Amma incə olsa da məndən güclüydü o vaxtlar,onun 17 yaşı,mənim 12. Bir dəfə nənəm qonaq getmişdi,dedi