book
Cinsi yolla yoluxan infeksiyalar
Seksuallıq insan kimi malik olduğunuz dərin pərəstişi təlqin edən fiziki qüvvət Nigahda olduqda, məhəbbəti izhar etmək, yeni həyatı qurmaq və nəsli davam etdirmək vasitəsidir. Nigahdan kənarda, məhəbbətə, həyata, uşaq doğuşuna dağıdıcı təsir edir. Düşünülməmiş seksual fəallıq əslində fiziki həyata və reproduksiyaya təhlükə yaradan üsullardan biri kimi cinsi yolla yoluxan infeksiyaların (CYYİ) yayılmasına səbəb olur.
Qırx il bundan əvvəl CYYİ və ya zöhrəvi xəstəliklər az və ən çox yayılmış xəstəliklər sifilis, süzənək idi. Hər iki xəstə fahişələr arasında rast gəlinirdi. İndi isə az məlum olan xəstəliklər təhlükəli hala çevrilmişdir. Faciəli olsa da, əhalinin başqa qruplarına nisbətən yeniyetmələr arasında daha çox yayılıb. Ümumdünya Səhiyyə Təşkilatın göstəricilərinə əsasən hər 20 yeniyetmədən biri bu xəstəliyə düçar olur.
Bu dramatik səs-küyə səbəb nigahda olmayan cavanların arasında seks fəallığın yayılması, xəstəliklər arasında məlumatsızlıq, başqalarının təənəsindən qorxaraq vaxtında həkimə müraciət olunmamasıdır. Xəstələnmə nöqtəyi-nəzərindən birdən artıq partnyorun olması, o biri partnyorla da əlaqə deməkdir. Adamlar hesab edirlər ki, maraq göstərdikləri adam sağlamdır. Kim zamin ola bilər ki, onun əvvəl ki partnyoru sağlamdır? Bunu bilmək mümkün deyil.
CYYİ qədimdən zöhrəvi xəstəlik adlanır, məhəbbət ilahəsi Zöhrənin adı ilə bağlıdır. Yeri gəlmişkən Ilahəni nahaqdan küsdürürlər. CYYİ ilə ən çox bir necə partnyorla cinsi əlaqədə məhəbbətsiz olan adamlar xəstələnirlər. Hazırda 30-dan çox CYYİ məlumdur. Cinsi Yolla Yoluxan Infeksiyalar - bir insandan digərinə seksual (cinsi, anal və oral) əlaqə ilə yoluxan xəstəliklərdir. CYYİ-ların ən çox rast gəlinən əlamətləri:
• Kişilərdə sidik kanalından, qadınlarda uşaqlıq yolundan gələn ifrazat ( qatı selik, irin və s.)
• Ağrılı sidik ifrazatı ( kəskin ağrılar, yanğı hissi)
• Dəridə və cinsiyyət üzvlərinin selikli qişalarında dəyişikliklər (qızartı, səpgilər, ağrılı bərkimələr)
Yadda saxlayın ki, insan onda CYYİ-nin olmasından uzun müddət xəbərdar olmaya bilər, çünki bir çox xəstəliklərin nəzərəçarpan əlamətləri olmur; cinsi üzvlərdə həmişə dəyişikliklər olmur; bundan əlavə bəzi xəstəliklər uzun müddət özünü göstərməyə bilər.
Özünü müalicə aşağıdaki səbəblərə görə çox təhlükəlidir:
• İnsan özü heç vaxt hansı infeksiyaya yoluxduğunu bilmir, buna görə də düzgün müalicə seçə bilmir;
• Müalicə edilməmiş xəstəlik əvvəl-axır xroniki formaya keçir və fəsadlarla ağırlaşa bilər;
• Antibiotiklərin qeyri-düzgün qəbulu ( dozanın az olması və ya qəbullar arasında olan vaxtın